Mətn və Linklərin quraşdırılması
Daxil olduqdan sonra sizə http://taplink.cc/your_name kimi görünən öz qeyd etdiyiniz LİNK ünvanınız görünəcək. Bunu Instagram / TikTok və ya digər sosial şəbəkə profillərinizdə qeyd edə bilərsiniz.
İndi səhifəni linklər və salamlama mətni ilə dolduraq. Profil təsvirində bir keçid link varsa, o, səhifənizdə görünəcək.
İstifadəçi şəklini redaktə etmək üçün üzərinə klikləyin. Siz onun ölçüsünü dəyişə, istifadəçi adınızı gizlədə və ya bu bloku tamamilə silə bilərsiniz. Əgər Instagram-da istifadəçi şəklinizi dəyişmisinizsə, o, bir neçə saniyə ərzində Taplink-də avtomatik olaraq yenilənəcək.
Səhifənizə Xoş gəlmisiniz mətni əlavə edin. "Yeni blok əlavə et" düyməsini basın, "Mətn bloku" seçin. Mətni yazın. Siz şriftin ölçüsünü, növünü dəyişdirə və istənilən növ gülüş (emoji) daxil edə bilərsiniz. Daha sonra "Saxla" düyməsini basın.
Siz səhifənizə bir keçid linki və ya bir neçə link əlavə edə bilərsiniz. "Yeni Blok əlavə et" düyməsini basın, "link" seçin. Sonra linkin başliq mətni yazın və veb-sayt ünvanını daxil edin. İstədiyiniz sayda linklər və keçidlər əlavə edə bilərsiniz.
Linklər ilə təkcə digər saytlara yönləndirmə etmək üçün yox, həmdə ziyarətçilərin sizə zəng etmək, e-poçt yazmaq, mağazaya daxil olmaq və ya səhifəyə keçid etmək üçün istifadə edə biləcəkləri bir keçid linki yarada bilərsiniz. Bunu etmək üçün "Fəaliyyət" sahəsində "Zəng" və ya "E-poçt" və s seçin.
Səhifənizdəki blokları vizual olaraq ayırmaq və onu daha aydın şəkildə təşkil etmək üçün ayırıcılardan istifadə edə bilərsiniz. "Yeni Blok əlavə et", sonra "Ayırıcı" düyməsini basın. Uyğun ölçünü (kiçik, orta, böyük) seçin və "Saxla" düyməsini basın.
Siz sol tərəfdəki sürgülərdən istifadə edərək səhifənizdəki istənilən blokun yerini dəyişə bilərsiniz. Bloku redaktə etmək üçün ona bir daha klikləyin. Dəyişiklikləri etdikdən sonra "Saxla" düyməsini basın.